16 C
Baku
Monday, April 15, 2024

Bəşər Əsəd Ərəb Liqasının Sammitinə rəsmi dəvət alıb

Suriya Prezidenti Bəşər Əsəd Ərəb Liqasının Sammitinə Səudiyyə Ərəbistanı Kralından rəsmi dəvət alıb.

Bu barədə məlumat Suriya Prezidentinin mətbuat xidməti tərəfindən yayılıb.

Qeyd olunub ki, Sammit 19 mayda Ciddədə keçiriləcək.

“Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud Suriya Prezidenti Bəşər Əsədə 19 mayda Ciddədə keçiriləcək Ərəb Liqasının 32-ci Sammitində iştirak etmək üçün dəvət göndərib. Dəvəti Səudiyyə Ərəbistanının İordaniyadakı səfiri çatdırıb”, – məlumatda deyilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər