12 C
Baku
Friday, November 1, 2024

Bəşər Əsəd Suriya hökumətinin yeni tərkibini təsdiq edib

Suriya Prezidenti Bəşər Əsəd yeni hökumətin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Prezident dəftərxanasının feysbuk səhifəsində məlumat paylaşılıb.

Sənədə görə, hökumətə Baş nazir Hüseyn Arnus rəhbərlik edəcək. İyunun 11-də sabiq Baş nazir İmad Hamisin istefasından sonra məhz o, Nazirlər Kabinetinin başçısı vəzifəsini icra edirdi.

Ümumilikdə, Suriya hökumətində 29 nazir olub. Onlardan ikisi qadındır. Qadın nazirlər Mədəniyyət Nazirliyinə və Sosial İşlər və Əmək Nazirliyinə başçılıq edirlər.

Xatırladaq ki, iyulun 19-da Suriyada parlament seçkiləri keçirilib. Seçkilərdə hazırkı Prezidentin “Bəəs” partiyasının başçılıq etdiyi “Milli Proqressiv Cəbhə” koalisiyası qalib gəlib. Koalisiya parlamentdəki 250 yerdən 177-nə yiyələnib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər