17 C
Baku
Tuesday, May 28, 2024

“Bəşəriyyət yeni bir pandemiyaya hazır deyil” – ÜST

Bəşəriyyət yeni bir pandemiyaya hazır deyil.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cakartada keçirdiyi mətbuat konfransında deyib.

“Biz bu pandemiyadan öyrəndiyimiz dərsləri ciddi qəbul etməliyik və dünyanı hazırlamaq üçün tövsiyələrə əməl etməliyik. Yeri gəlmişkən, biz pandemiyanın ortasındayıq. Dünya buna hazır deyil. Başqa bir virus yayılarsa, daha bir pandemiya başlayacaq, biz hələ buna hazır deyilik”, – ÜST rəhbəri bildirib.

ÜST-ün Baş direktoru, həmçinin, COVID-19 ilə mübarizə üçün tövsiyələrin tam icrasının vacibliyini qeyd edib.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər