28 C
Baku
Saturday, July 27, 2024

BƏT: 2022-ci ildə dünyada işsizlərin sayı 205 milyona çatacaq

Beynəlxalq Əmək Təşkilatı (BƏT) pandemiyadan sonra əmək bazarının 2023-cü ildən sonra bərpa olacağını açıqlayıb.

Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə “Financial Times” yazıb. Agentliyin qeyd etdiyi kimi, qlobal əmək bazarı COVID-19 pandemiyasından sonra qeyri-bərabər bərpa ilə qarşılaşır.

BƏT-in proqnozuna görə, bu il dünyada təxminən 100 milyon yeni iş yerinin açılacağı gözlənilir. Təşkilat bunu uzunmüddətli özünütəcrid rejimindən sonra müəssisələrin yenidən işə başlaması ilə əlaqələndirir. Lakin pandemiyanın sona çatmasına baxmayaraq, 2021-ci ildə təxminən 75 milyon iş yerinin qıtlığı olacaq, gələn il isə göstərici 23 milyona enəcək.

Təşkilat iş yerlərinin artım tempinin əmək bazarına daxil olan gənc mütəxəssislər üçün lazımi imkanları təmin etmək üçün yetərli olmadığını vurğulayıb. Bu da öz növbəsində onların məşğulluq, layiqli əmək haqqı və iş yerindəki inkişaf perspektivlərini azaldacaq.

Ölkələrin gördüyü tədbirlərə baxmayaraq, dünyanın hər yerindəki bərabərsizlik məşğulluğa təsir göstərəcək. BƏT-in məlumatına görə, 2022-ci ildə dünyada 205 milyon işsiz olacaq. Təşkilat işsizlik səviyyəsini 5.7% səviyyəsində qiymətləndirir ki, bu da 2013-cü ildən bəri maksimum göstəricidir.

Yüksək gəlirli ölkələrdə işsizlik səviyyəsi 6.8%-dən 5%-dək azalacaq. Aşağı gəlirli ölkələrdə isə 2022-ci ilə qədər bu göstərici demək olar ki, dəyişməz qalacaq.

Əmək bazarında ən sürətli bərpa Şimali Amerikada gözlənilir. Latın Amerikası və Karib dənizi ölkələrində iş yerlərinin bərpası prosesi bir çox şirkətin bağlanması ilə əlaqədar daha “ləng” olacaq.

Son xəbərlər
Digər xəbərlər