2 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

Bəzi Amerika supermarketlərində ət satışı məhdudlaşdırılıb

ABŞ-da bəzi supermarketlər ət satışına məhdudiyyətlər tətbiq etməyə başlayıb. Koronavirusun geniş yayılması və bununla əlaqədar əhalini evdə qalmağa vadar edən məcburi qaydalar səbəbindən ət məhsullarına olan tələbat artıb. Belə kı, çoxları mağazaya tez-tez getməmək üçün daha çox ət və digər ərzaq məhsulları alırlar.

Iri paketlərdə ərzaq malları satan “Costco” mağazalar şəbəkəsi ət, donuz və quş məsullarının satışına məhdudiyyət qoyacağını bəyan edib. Təzə donuz və ət qiyməsi məhsullarına məhdudiyyətlər tətbiq etmiş “Kroger” mağazalar şəbəkəsinin də “Costco”ya qoşulduğu bildirilir. Mağaza rəhbərləri öz qərarlarını bu ajiotajın günün ikinci yarısında mağazaya gələn alıcılara ət məhsullarının çatışmamasına gətirib çıxarması ilə əlaqələndirirlər.

ABŞ-da, həmçinin nəhəng “Smithfield Foods” və “Tyson Foods” şirkətlərinin idarə etdiyi ət emalı müəssisələrində böhran müşahidə edilir. Həmin şirkətlər koronavirus pandemiyasının yaratdığı iqtisadi problemlər səbəbindən öz fəaliyyətlərini dayandırmalı olublar.

Mənbə:Azərtac
Son xəbərlər
Oxşar xəbərlər