21 C
Baku
Thursday, August 11, 2022

Bəzi bank rəhbərlərini də həbslər gözləyir:Deputat

“Çox təəssüflər olsun ki, bəzi bank rəhbərləri yalnız özlərini, ətraflarını, qohum-qardaşlarını düşünürlər. Amma Azərbaycanın dövlət müstəqilliyi uğurunda mübarizə aparmağı o qədər də düşünmürlər. Həmin bankların rəhbərləri müəyyən qədər səhvlərə yol veriblər. Ona görə də cəzalarını çəkməlidirlər”.

Bunu açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. Maliyyə fırıldaqçılığında ittiham edilən oliqarxların kütləvi həbsindən söz açan deputat qeyd edib ki, bundan sonra da həbslər davam edəcək: “Banklarla bağlı məsələ həmişə Milli Məclisin nəzərində olub. Faiz dərəcələrinin yüksək olması, bankların verdikləri kreditlərin əlçatmazlığı ilə bağlı parlamentdə xeyli məsələlər qaldırmışıq. Çox təəssüflər olsun ki, bəzi adamlar banklardan istənilən məbləğdə kreditlər götürüblər. Həmin kreditlər təyinatları üzrə istifadə edilməyib, vəsaitlər lazımsız yerlərə istifadə olunub. Onlar kreditləri vaxtında qaytarmayıblar. Bütün bunlar çox ciddi məsələlərdir. Azərbaycanın istintaq orqanları hazırda belə halları araşdırır”.

Millət vəkili həmçinin qeyd edib ki, bəzi bank rəhbərlərini də həbslər gözləyir: “Bank sahəsində gedən prosseslər son vaxtlar məni heç qanə etmirdi. Bu sahədə çox ciddi qanun pozuntuları hiss olunurdu. Biz buna mütəmati olaraq toxunurduq. Amma indi həmin qanunsuzluq halları yavaş-yavaş aşkarlanır. Dövlətin, xalqın etibar ilə bank rəhbəri vəzifəsinə təyin edilən bütün şəxslər qanun çərçivəsində hərəkət etməlidirlər. Onlar verilən kerditlərin vaxtında geri qaytarılmasına, normal faiz dərəclərinin tətbiqinə çalışmalıdırlar. Ancaq kimliyindən aslı olmayaraq, Azərbaycanda qanunu kobud formada pozan və küllü miqdarda dövlət vəsaitinin mənimsənilməsinə şərait yaradan bütün şəxslər məsuliyyətə cəlb olunmalıdırlar”.

Son xəbərlər
Oxşar xəbərlər