21 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

Bəzi deputatlar YAP-ın rayon təşkilatlarının sədrləri vəzifəsindən uzaqlaşdırılır

Screen Shot 2021 09 02 at 14.34.20

Hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin sabah – sentyabrın 10-da keçiriləcək iclasında partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinin bir neçəsi vəzifədən azad ediləcək.

Belə ki, sabahkı toplantıda partiyanın yerli təşkilatlarının sədrləri seçiləcək. Amma YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyevin, Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin üzvü Cavid Osmanovun, Nəsimi rayon təşkilatının sabiq sədri, deputat Məlahət İbrahimqızının, Qaradağ rayon təşkilatının sabiq sədri, deputat Aydın Hüseynovun, YAP Səbail rayon təşkilatının sədri, keçmiş deputat Şəmsəddin Hacıyevin və bir neçə keçmiş deputatın hakim partiyanın rayon və şəhər təşkilatlarının sədrləri vəzifəsinə namizədlikləri irəli sürülməyəcək.

Qeyd edək ki, hakim partiyanın son qurultayında qəbul olunmuş yeni Nizamnaməyə görə rayon təşkilatlarının sədrləri ikinici vəzifə tuta bilməzlər. Bura həmçinin parlamentdə təmsilçilik də daxildir.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər