28 C
Baku
Saturday, July 27, 2024

Bəzi hotellər bayram günlərinə satışlarını dayandırıb – Assosiasiya

Novruz bayramı ilə əlaqədar bir neçə gün iş olmayacaq. Bu fürsətdən istifadə edən vətəndaşlarımız istirahət etmək üçün bölgələrimizə üz tuturlar.

Bölgələrdə olan hotellərdə doluluq səviyyəsi necədir?

Bununla bağlı Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, regionlardakı 5 ulduzlu hotellərdə bronlaşma bu günə görə ortalama 80-90% təşkil edir.

Assosiasiya rəhbəri deyib ki, bəzi hotellər bayram günlərinə satışlarını artıq saxlayıblar.

“Qiymətlər hotellərə görə dəyişir. Belə ki, regionlarda yerləşən hotellərdə qiymətlər 40-400 AZN arası dəyişir. Bu il başqa rayonlara nisbətdə Lənkərandakı hotellərin yüksək dolumla və qiymətlə işləmələrini müşahidə edirik”, – deyə S.Dübəndi bildirib.

Son xəbərlər
Digər xəbərlər