26 C
Baku
Saturday, July 27, 2024

Bəzi malların aksiz dərəcələri endirildi

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Banker.az-ın məlumatına görə, dəyişiklik emalın spesifik prosesləri üçün yüngül distilyatlar və məhsullarla əlaqədardır.

Qüvvədə olan qərara görə, Azərbaycana idxal edilən yüngül distilyatlar və məhsulların 1 tonu üçün 80 manat aksiz vergisi alınır. Dəyişikliyə əsasən, aksiz dərəcəsi 1 ton üçün 1 manata endirilib.

Qeyd edək ki, qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.

Son xəbərlər
Digər xəbərlər