16 C
Baku
Wednesday, April 17, 2024

Bəzi müharibə əlillərinin sığorta ödənişi ala bilməməsinə aydınlıq gətirilib – Yenilənib

“Azərsığorta” Dövlət Sığorta Şirkəti bir qrup Vətən müharibəsi əlilinin dövlət icbari sığorta ödənişi ala bilməməsinə münasibət bildirib.

“Azərsığorta”nın mətbuat katibi Elnur Hüseynquluyev açıqlamasında bildirib ki, dövlət icbari şəxsi sığortası sahəsində sığorta ödənişlərinin verilməsi ilə bağlı vətəndaşların tələblərinin yerinə yetirilməsi Şirkətin səlahiyyətlərinə aid deyil: “Belə ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 may 2021-ci il tarixli 1340 nömrəli Fərmanına əsasən, Şirkətin dövlət icbari şəxsi sığorta sahəsindəki səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.

Habelə, həmin Fərmanın 2.7-ci bəndinə əsasən Şirkət 2022-ci il yanvarın 1-dək sığortaolunanlara sığorta ödənişlərinin verilməsini həyata keçirməlidir. Göründüyü kimi, Fərman sığorta olunma müddətindən asılı olmayaraq, sığortaolunanlara, o cümlədən hərbi qulluqçulara sığorta ödənişinin həyata keçirilməsi üzrə səlahiyyətimizi qeyd olunan tarixdən sonra dayandırıb.

Qeyd edilən Fərmana əsasən, vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməsi rəsmi olaraq bildirilsə də, onlar hələ də sığorta ödənişini Şirkətdən almalı olduqlarını hesab etdiklərindən belə anlaşılmazlıqlar yaranıb.

Həmçinin qeyd edək ki, mövcud problemin həlli ilə bağlı aidiyyəti dövlət orqanlarına tərəfimizdən müvafiq məlumatlar verilib.

Qeyd edim ki, 14.10.2020-ci ildən 27.12.2021-ci il tarixədək “Azərsığorta” Dövlət Sığorta Şirkəti tərəfindən yüngül və ağır xəsarət növləri üzrə, həmçinin I, II və III qrup əlillik dərəcələrinə görə ümumilikdə 12 mindən çox İkinci Qarabağ Müharibəsi qazilərinə sığorta ödənişi həyata keçirilib”.

12:06

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bir qrup Vətən müharibəsi əlilinin dövlət icbari sığorta ödənişini ala bilməməsi məsələsinə aydınlıq gətirilib.

Agentlikdən bildirilib ki, həmin şəxslərə sığorta ödənişinin verilməsi Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) səlahiyyətindədir.

“Prezident İlham Əliyevin 2021-ci il 18 may tarixli Fərmanı ilə Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) dövlət icbari şəxsi sığorta sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Dövlət icbari şəxsi sığortası üzrə sığorta olunan şəxslərə həmin vaxtdan sonra baş vermiş sığorta hadisəsinə (sığorta ödənişi verilməsinə əsas yaradan hadisə və ya hala) görə sığorta ödənişi Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. 2022-ci il yanvarın 1-dək baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişi verilməsi isə qanunla “Azərsığorta”nın səlahiyyətindədir”, – deyə bildirilib.

Həmçinin qeyd olunub ki, bağlanmış müqav

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər