28 C
Baku
Sunday, July 14, 2024

Bəzi onkoloji əməliyyatlar xidmətlər zərfinə daxil ediləcək

“Hazırda onkoloji xəstəliklər tibbi xidmətlər zərfində öz əksini tapmayıb”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi ekspertizanın texniki qaydaları şöbəsinin müdiri Səbinə Quliyeva deyib.

O bildirib ki, xidmətlər zərfinin yenilənmiş layihəsində onkoloji xəstəliklərin cərrahi müalicəsini nəzərə almağa çalışıblar:

“Amma onkoloji xəstəliklərin hamısı yox. Xoşxassəli şişlərin aradan götürülməsi üçün həyata keçirilən əməliyyatların xidmətlər zərfinə salınması üçün işlər aparmışıq. Neyrocərrahi xidmətlər üzrə bəzi şişlərin çıxarılması ilə bağlı xidmətlər də artıq yeni layihədə əksini tapıb”.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər