33 C
Baku
Saturday, July 20, 2024

Bəzi qurumlara maliyyə qadağası

Bəzi dövlət qurumlarına ayrılan dotasiyanın azaldılması, yaxud tamamilə dayandırılması təklifləri ciddi müzakirələrə səbəb olub.
ANS TV-nin məlumatına görə, büdcə müzakirələri zamanı millət vəkilləri bu təşəbbüsü irəli sürüblər. Məqsəd həmin qurumların dövlətin zəmanəti ilə alınan kreditlərdən istifadə etməsi və onu qaytarmaması olub. Həm vergiləri vaxtı-vaxtında ödəmir, üstəlik dövlət büdcəsindən də dotasiya – yəni əvəzsiz pul alırlar.

Maliyyə naziri Samir Şərifov da bu iradla razılaşıb. Amma qeyd edib ki, hökumət məsələnin daha çox sosial tərəfini, yəni tariflərin artırılmasının əhaliyə təsirini nəzərə alaraq qərarları ehtiyatla verir:

“Təşkilatların tarifləri çox aşağıdır. “Azərenerji”nin isti suyunun tarifi “Azərsu”dangötürdüyü soyuq suyun tarifindən aşağıdır. Belə halda normal iqtisadi fəaliyyətdən danışmaq mümükün deyil”.

 

Son xəbərlər
Digər xəbərlər