26 C
Baku
Saturday, July 27, 2024

Bəzi rayonlarda aqrobağların vəziyyəti yaxşı deyil – Nazir müavini

“Meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə olunması və meşə örtüyünün artırılması məqsədilə açıq meşə ərazilərində salınmış aqrobağların vəziyyəti, onlara göstərilən qulluq səviyyəsi və görülən işlərin gedişatı ilə tanış olmaq üçün bu günlərdə bir neçə rayonda olduq və aqrobağlara baxış keçirdik”.

Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Nazir müavini qeyd edib ki, açıq meşə sahələrində salınmış aqrobağların monitorinqi Tovuz, Şəmkir, Samux, Gədəbəy, Yevlax, Bərdə, Ağdaş, Ağcabədi, Beyləqan, İmişli, İsmayıllı rayonlarının ərazisində keçirilib.

“Açıq meşə sahələrində salınmış aqrobağlarda keçirilən monitorinqlər zamanı bir çox ərazilərdə əkin qaydalarına kompleks şəkildə riayət olunduğunu, damcılı suvarma sisteminin çəkildiyini, ərazilərin su anbarları ilə təmin olunduğunu, qabaqcıl üsullardan istifadə olunmaqla işlərin yüksək səviyyədə təşkil edildiyini və nümunəvi aqrobağların salındığını müşahidə etdik.

Düzdür, bəzi rayonlarda aqrobağların vəziyyətinin qənaətbəxş olmadığının, əkilən ağaclara düzgün qulluq göstərilmədiyindən bitiş faizinin aşağı olduğunun, hətta müəyyən sahələrdən təyinatı üzrə istifadə edilmədiyinin şahidi olsaq da, deyərdim ki, ümumi nəticə ürəkaçandır”, – nazir müavini qeyd edib.

F.Əliyev bitiş faizi qənaətbəxş olmayan ərazilərdə aqrotexniki xidmət işlərinin keyfiyyətinin artırılması ilə bağlı cavabdeh şəxslərə tövsiyələr olunduğunu, ərazilərin təyinatı üzrə istifadəsi ilə bağlı isə tələblər qoyulduğunu bildirib.

O, qeyd edib ki, qeydə alınan nöqsanların aradan qaldırılması üçün nəzarət tədbirləri davam etdiriləcək.

1598000402 2a959c0e 29cf 412e 9e36 01a42d342772 1598000402 7c700ca5 ccdb 43cd a240 4f3abba7260e 1598000402 13a44674 1dd4 4857 8fa8 c03afdc89637 1598000401 25f42b34 f4d7 4f38 a3ce 135aa5d83ef3

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər