13 C
Baku
Thursday, April 18, 2024

“Bəzi sahibkarlar peşakar mühasib xidmətindən istifadə etməməklə, özlərinə problem yaradırlar”

Bu il qızıl alveri ilə məşğul olanlar, sadələşmiş vergi ödəyəcəsi siyahısından çıxarılaraq, gəlir vergi ödəyicisi siyahısına əlavə olunublar. Qızıl alveri ilə məşğul olanlar bundan narahat olaraq, Vergilər Nazirliyinə şikayət də ediblər. Yəni əvvəllər  biz 2 faiz ödəyirdiksə indi 20 faiz vəsait ödəyirik qeyd edillər. Bunu mən fakt olaraq vergi işçisi ilə söhbət zamanı eşitmişəm. Məsələ burasındadır ki, 2 faiz əvvəl ümumi məbləğdən tutulurdu və burada həmin məbləğə sahibkarın xərci daxil deyildi. Bunu misalla aşağıdakı kimi qeyd etmək olar:

A şəxs qızıl alveri ilə məşğuldur. 300 manata qızıl satır. Burada əvvəl onun 300 manat məbləği vurulurdu  2%. Nəticədə A şəxs 6 manat vergi ödəyirdi. 2019-cu ildə Vergi Məcəlləsində edilən dəyişikliyə əsasən A şəxs 300 manata satdığı qızıldan vergidən çıxılan xərclər etmək hüququna malikdir. Misal üçün işçisi varsa, ona 280 manat əmək haqqı ödəyirsə o halda 300-280 = 20 manat  *20% = 4 manat vergi ödəyəcək. Yəni üstünlük ondan ibarətdir ki, sahibkarın Vergi Məcəlləsinə əsasən gəlirdən çıxılan xərcləri varsa, bundan istifadə edərək, daha az vergi ödəmək hüququ qazanır.

Sahibkarın peşakar mühasibə cuzvi vəsait ödəməməyi nəyə gətirib çıxarır?

Sahibkar işinin həlli üçün mühasibə müraciət etmədikdə, o daimi vergi xəbərlərini izləməlidir. Bundan əlavə statistik məlumatları və iqtisadi məsələrdən də xəbərdar olmaldır. Bunu etmək qabiliyyətində olmayanda, daimi cərimələrlə qarşılaşa bilər. Bunun ümumi həlli yolu peşakar mühasibdən keçir.

Sahibkar peşakar mühasibə müraciət etdikdə, hansı problemlərdən uzaqlaşa bilər?

Yadıma ABŞ dövləti ilə yazdığım məqalə düşdü. Məqalədən bir sitatı nəzərə çatdırmaq istəyirəm. ABŞ-da bütün məsələlərdə, mütəxəssislərlə müqavilə bağlayaraq, onların xidmətlərindən istifadə edirlər. Nəticədə tam sığortalanmış olurlar. Azərbaycanda bu baxımdan bəzi sahibkarlar özünü ağıllı hesab edərək, bundan istifadə etmirlər. Nəticəsi  isə, acınacaqlı olur. İstifadə etsələr, onların əvəzinə hesabatları peşakar mühasiblər göndərəcək. Bütün uçotlarını müqavilə bağladığı mühasib aparacaq. Sahibkar isə yalnız öz işi ilə məşğul olacaq. Sabahda hər hansı bir iş olduqda, sığortalanmış olacaq və uçotda problem yarandıqda əllərində əsas yaranacaq ki, müraciət etdiyi mühasibi məhkəməyə versin.

Bəzi insanlar mühasiblər haqqında nə düşünür?

Bəzi şəxslər elə düşünür ki, mühasib yalnız, hesablayıcı maşında +/- etməklə məşğuldu. Onun gördüyü işi alverçi də görür. Bir tanışım demişkən elə düşünənləri, bir gün salasan otağa və həmin mühasibin gördüyü işi verəsən onlara. Bir saatda sonra gəlsən, görəssən ki, bu adam otaqda yoxdur. Bu halda, sənin işinin çətinliyini başa düşəcəklər. Məşhur amerikalı sahibkar Ulyam Federin bir sözü var. Biz insanlara, onların işini görməyə başlayanda dəyər veririk və ya nə vaxta kimi ki, biz onların işinin ağırlığını çiynimizdə hiss etməmişik, həmin şəxslər nə qədər iş görsələr belə, biz o işi qiymətləndirmirik. Təəssüf olsun ki, bu həqiqətdir. Bu həqiqəti hiss etmək üçün, ən azından düşünmək lazımdır.

Rauf  Qarayev
İqtisadçı – ekspert 

Son xəbərlər
Digər xəbərlər