13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Bəzi xəstəliklər üzrə həkim göndərişi ləğv edilir

faizlere

“Araşdırmalarımızın nəticəsində belə qənaətə gəlinib ki, vətəndaş bəzi ixtisaslar üzrə ailə həkiminin göndərişi olmadan birbaşa ixtisas həkiminə müraciət edə bilər”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında keçirilən brifinqdə deyib.

O fikrini belə əsaslandırıb ki, ailə həkiminin bu sahə üzrə yetərli qədər bilik və bacarıqları olmaya bilər: “Vətəndaşı da əziyyətə salmamaq üçün ona izah edilməlidir ki, müştərək maliyyələşmə məbləği ödəmədən birbaşa ixtisas həkiminə müraciət edə bilər. Məsələ ilə bağlı yaxın vaxtlarda məlumat verəcəyik ki, vətəndaş hansı ixtisaslara üzrə ailə həkiminə müraciət etmədən həkimə birbaşa müraciət edə bilər”.

©Report

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər