BƏƏ-nin “Fly Dubai” aviaşirkəti “Visa”, “Mastercard” və “Mir” ödəniş sistemlərində işləyən Rusiya bank kartlarının qəbulunu bərpa edib.
Bu barədə TASS-a daşıyıcının nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, əməliyyat haqqı biletin qiymətinin 7%-ni təşkil edir.
Qeyd edək ki, bundan əvvəl sanksiyalarla bağlı Rusiya bank kartlarının istifadəsi məhdudlaşdırılmışdı.