İqtisadiyyat naziri Mikayıl Cabbarov Əbu-Dabi İnkişaf Holdinqinin baş icraçı direktoru Məhəmməd Həsən Alsuvaidi ilə görüşüb. Banker.az xəbər verir ki, nazir bu baədə özünün rəsmi Twitter səhifəsində paylaşım edib. Görüşdə neft qaz sahəsində əməkdaşlığın genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyuluşuna dair fikir mübadiləsi aparılıb. Nazir qeyd edib ki, kənd təsərrüfatı sahəsinə sərmayə yatırmaqda maraqlı olan BƏƏ investorlarından ibarət nümayəndə heyətinin yaxın vaxtlarda Azərbaycana səfəri barədə razılığa gəlinib.