9 C
Baku
Sunday, November 17, 2024

BƏƏ-dən Azərbaycanda fiziki şəxslərə pul köçürmələri azalıb

Birləşmiş Ərəb Əmirliklərindən (Dubay şəhərinin yerləşdiyi ölkə) Azərbaycandakı fiziki şəxslərə köçürülən pul baratlarının həcmi xeyli azalıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2021-ci ilin yanvar-sentyabr ayları ərzində BƏƏ-dən Azərbaycandakı fiziki şəxslərə pul köçürmələrinin həcmi 20.04 milyon dollar təşkil edib. Bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 4.46 mln. dollar, yaxud 18.2% azalma deməkdir.

Azərbaycanda BƏƏ-yə isə pul köçürmələrinin həcmi 2.88 milyon dollar olmaqla öncəki ildən 0.92 mln. dollar, yaxud 24.1% azalmışdır.

Son xəbərlər
Digər xəbərlər