17 C
Baku
Friday, October 18, 2024

BƏƏ deyir ki, Rusiya nefti enerji bazarına lazımdır

Rusiya nefti enerji bazarlarına lazımdır və heç bir istehsalçı onun hasilatını əvəz edə bilməz.

Banker.az Reuters agentliyinə istinadən xəbər verir ki, bunu bazar ertəsi Birləşmiş Ərəb Əmirliklərinin Energetika naziri Suhail əl-Mazrouei bildirib.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ABŞ və Britaniya RF-nin neftinin idxalından imtina ediblər. Hazırda bu Avropa üçün o qədər də asan olmasa, yaxın illərdə dayandıracağını bildirirlər.

BƏƏ naziri Suhail əl-Mazrouei, sənaye tədbirində OPEC+ alyansının bir yerdə qalmalı, diqqət mərkəzində qalmalı və siyasətin qrupun diqqətini yayındırmasına imkan verməməli olduğunu deyib.

Qeyd edək ki, OPEC+ aprel ayının ilk günlərində hasilatın plan üzrə aylıq 400 min barrel gündəlik ifadədə artırılması ilə bağlı qərar qəbul edəcəklər.

Hazırda isə neftin barreli 110 dollar ətrafında ticarət olunur. ABŞ və Avropa ölkələri OPEC+ ölkələrindən neft hasilatının artırılmasını xahiş edirlər, lakin alyans hələ ki, Qərbin bu istəyinə hər hansısa  reaksiya verməyib və əvvəldən planladığı kimi hasilatı hər ay 400 min barrel artırırlar.

 

Son xəbərlər
Digər xəbərlər