15 C
Baku
Saturday, May 11, 2024

“BƏƏ indiyə qədər Azərbaycan iqtisadiyyatına 2,1 milyard ABŞ dolları investisiya qoyub”

Bu gün Bakıda Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilir.

Report agentliyi xəbər verir ki, iclasda Azərbaycan-BƏƏ əlaqələri və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilir.

Jurnalistlərə açıqlama verən BƏƏ-nin iqtisadiyyat naziri Sultan bin Səid əl-Mənsuri müzakirələrin əsasən kənd təsərrüfatı, nəqliyyat, alternativ və bərpa olunan enerji, turizm sahələrində əməkdaşlıq üzrə aparıldığını bildirib.

“BƏƏ indiyə qədər Azərbaycan iqtisadiyyatına 2,1 milyard ABŞ dolları investisiya qoyub. Həmkarımla yerli kənd təsərrüfatı məhsullarının BƏƏ və digər körfəz ölkələrinə daşınması ilə bağlı da müzakirələr apardıq. Bu məhsulların Əmirliyə çatdırılması yollarını müzakirə etdik. Düşünürəm ki, iki ölkə arasındakı illik ticarət dövriyyəsinin dəyəri 265 milyon dollar yox, daha yüksək olmalıdır. Əməkdaşlığımızın növbəti mərhələsi çox mühümdür.

Müzakirə edilən məsələlər arasında Azərbaycanın “Expo Dubai 2020” sərgisində iştirakı da var. Azərbaycan pavilyonu və göstəriləcək məhsulları da müzakirə etdik.

İki tərəf arasında müzakirə edilən mühüm məsələlərdən biri də bərpa olunan enerjidir. Növbəti mərhələdə iki ölkə arasında mühüm layihələrin icra edilməsi olması gözlənilir”, – o qeyd edib.

Bundan başqa, ərəb nazirin sözlərinə görə, Azərbaycan və BƏƏ birlikdə çox mükəmməl komanda yaratmışıq və bu komanda yaxın 6 ay ərzində üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. 

Son xəbərlər
 ⁠
Digər xəbərlər