12 C
Baku
Saturday, November 23, 2024

BƏƏ “Masdar”ı Azərbaycanda daha bir şirkət yaratdı

Birləşmiş Ərəb Əmirlikləri kapitallı “Masdar Azerbaycan” MMC və “Masdar Azərbaycan Enerji” MMC yaxın olan daha bir şirkət dövlət qeydiyyatına alıb.

Bu barədə Banker.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.

“Masdar Pauer Servisiz Azərbaycan” MMC 2022-ci il fevralın 23-də $5 000 nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Dilarə İsrafilovadır”, – deyə məlumatda bildirilir.

2020-ci ilin yanvar ayında Azərbaycanın Energetika Nazirliyi və “Masdar” şirkəti (BƏƏ) arasında günəş elektrik stansiyasının tikintisi ilə bağlı icra müqaviləsi imzalanıb. Bu layihənin həyata keçirilməsi üçün cari ilin mart ayında şirkətlə digər müqavilələrin (“İnvestisiya sazişi”, “Elektrik enerjisinin alqı-satqısına dair” saziş və “Paylayıcı şəbəkəyə qoşulmaya dair” saziş) imzalanıb.

“Masdar” şirkətinin inşa edəcəyi günəş elektrik stansiyası Bakıdan 75 km cənub-qərbdə yerləşəcək. Stansiyanın inşası iki ilə yaxın vaxt aparacaq. Layihəyə investisiya qoyuluşu təxminən $100 milyon məbləğində qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər