Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei Suheil əl-Mazroui hesab edir ki, neft sənayesinə hər il 300-400 milyard dollar arasında investisiya yatırmaq lazımdır.
Bu barədə o, “CNN” telekanalına müsahibəsində deyib.
“Dünya üzrə gündəlik neft istehlakı sutkada 100 milyon bareldən çoxdur. Bizim müəyyən etdiyimiz hasilatın azalması 5-8 faizdir. Biz hər il gündə 5-8 milyon barel itiririk. Böyüməni təşviq etmək üçün deyil, hər şeyi olduğu kimi qoymaq üçün lazımi investisiya illik 300-400 milyard dollardır”- deyə, o bildirib.