Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yeni prezidenti 30 gün ərzində seçiləcək.
Bu müddət ərzində prezident vəzifələrini ölkənin vitse-prezidenti və müdafiə naziri, Dubay əmiri Məhəmməd bin Rəşid əl-Məktum icra edəcək.
Qeyd edək ki, BƏƏ prezident Xəlifə bin Zayid əl-Nahayan bu gün uzun sürən xəstəlikdən sonra 73 yaşında vəfat edib.
BƏƏ qanunvericiliyinə əsasən, ölkəyə Ali Şura tərəfindən seçilən prezident beş il müddətinə rəhbərlik edir. Bu vəzifəyə ənənəvi olaraq Əbu-Dabi əmiri seçilir. Hazırda Əbu-Dabi əmirliyinin vəliəhd şahzadəsi Xəlifə əl-Nahayanın qardaşı Məhəmməd bin Zayid əl-Nahayandır.