İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin Milli Neft Şirkətinin sədri Saeed Məhəmməd Əhməd Əl Tayer ilə görüşüb.
Banker.az xəbər verir ki, nazir bu barədə öz rəsmi Twitter səhifəsində yazıb.
O qeyd edib ki, görüşdə SOCAR və ENOC arasında treydinq üzrə əməkdaşlıq, investisiya imkanlarının müəyyənləşdirilməsi və birgə layihələr üzrə perspektivlər barədə müzakirə aparılıb.