7 C
Baku
Thursday, December 12, 2024

BƏƏ Türkiyə iqtisadiyyatına 10 mlrd. dollar investisiya qoyacaq

BƏƏ Şahzadəsi 2012-ci ildən bəri, ilk dəfədir ki, Türkiyəyə gəlib. Bu barədə BBC yazır.

Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan Ankarada Prezident Recep Tayyip Erdoğanla görüşüb.

Türkiyə mətbuatı bu səfəri ikitərəfli münasibətlərdə “yeni eranın başlanğıcı” adlandırıb. Münasibətlər Türkiyənin BƏƏ-ni 2016-ci il çevriliş cəhdini dəstəkləməkdə ittiham etməsi də daxil, bir sıra məsələlərlə bağlı gərgin idi.

Bu gün BƏƏ-Türkiyə arasında ticarət, energetika, ətraf mühit, nəqliyyat, limanlar, infrastruktur layihələri və investisiyalar sahəsində əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.

Türkiyə iqtisadiyyatına 10 mlrd. dollar həcmində investisiya etmək üçün BƏƏ İnvestisiya Fondu təsis edilib.

Son xəbərlər
Digər xəbərlər