9 C
Baku
Wednesday, November 13, 2024

BƏƏ Ukraynaya generatorların ikinci partiyasını göndərib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ümumi dəyəri 100 milyon dollar olan humanitar yardım proqramı çərçivəsində Ukraynaya generatorların ikinci partiyasını göndərib.

Bu barədə “RBC-Ukrayna” Ukrayna Dövlət Əmlak Fondunun Mətbuat Xidmətinə istinadən məlumat verib.

Bildirilib ki, BƏƏ Ukraynaya 1300 generatordan ibarət ikinci partiyanı təqdim edib.

Generatorlar Sumı, Çerniqov, Xarkov, Dnepropetrovsk, Luqansk, Donetsk vilayətlərində və Kiyevdəki məktəblərə, uşaq bağçalarına, tibb müəssisələrinə və istilik məntəqələrinə veriləcək.

Xatırladaq ki, BƏƏ hələ ötən ilin dekabrında Ukraynaya 1200 generatorun daxil olduğu ilk partiyanı təhvil verib.

Son xəbərlər
Digər xəbərlər