9 C
Baku
Sunday, November 17, 2024

BƏƏ və S. Ərəbistanı liderləri Baydenlə danışmaqdan imtina ediblər

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı liderləri ABŞ prezidenti Co Baydenlə telefon vasitəsilə danışmaqdan imtina ediblər.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“The Wall Street Journal”un yazdığı kimi, Amerika prezidenti onlarla neft hasilatının artırılması məsələsini müzakirə etmək istəyirdi.

“Telefon danışıqları ilə bağlı bəzi gözləntilər olsa da, bu, baş tutmayıb”, – deyə ABŞ administrasiyasının nümayəndəsi söyləyib.

Nəşr qeyd edir ki, iki Yaxın Şərq ölkəsinin liderləri ABŞ prezidenti ilə əlaqə saxlamaqdan imtina etdikdən sonra Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıblar.

Səudiyyə Ərəbistanının nümayəndəsi bildirib ki, ABŞ Rusiya-Ukrayna münaqişəsində vasitəçilik tələbi ilə vəliəhd şahzadəyə müraciət edib.

 

Son xəbərlər
Digər xəbərlər