30 C
Baku
Monday, July 14, 2025

BƏƏ xarici vətəndaşlara beş illik turist vizalarının verilməsi qərarını təsdiq etdi

BƏƏ hökuməti xarici vətəndaşlara beş illik turist vizalarının verilməsi qərarını təsdiq edib.

Banker.az xəbər verir ki, bu barədə “Twitter” də ölkənin baş naziri Məhəmməd bin Rəşid Əl Maktum məlumat verib.

Baş nazirin qeyd etdiyi kimi, beş illik turist vizalaları bütün ölkələrin vətəndaşlarına veriləcək. Xatırladaq ki, hər il BƏƏ 21 milyon turist qəbul edir və dünyanın əsas turizm məkanı olmağı planlaşdırır.

2019-cu ilin mart ayında BƏƏ hökuməti, xarici vətəndaşların müəyyən kateqoriyalarına beş və on illik turist vizalarının verilməsinə icazə vermişdir. Bu cür vizalar üçün investorlar, biznesmenlər, elm adamları, yüksək ixtisaslı mütəxəssislər və istedadlı tələbələr müraciət edə bilərlə.

Son xəbərlər
Digər xəbərlər