Ölkəmizdə tez-tez yol qəza hadisələri baş verir. Ani ehtiyatsızlıq insanların yaralanmasına, ən pis halda isə ölümlə nəticələnməsinə səbəb olur.
Sual oluna bilər vətəndaşların siğortalanması necə tənzimlənir? Məsələ ondadır ki, sığortanın könüllü növləri var onlar həm sürücünü, həm onun avtomobilini, həm də sərnişinləri qoruyur. Bura fərdi qəza sığortası, kasko sığortası, bədbəxt hadisələrdən sığorta və digərləri aiddir. Bu sığorta növlərindən yararlanan sürücü və ya sərnişin qəza, oğurluq, bədbəxt hadisə ilə qarşılaşarkən dəyən zərər sığorta şirkəti tərəfindən qarşılanır.
İcbari Sığorta Bürosu qeyd edir ki, “Ötən ilin sonlarından qüvvəyə minən “İcbari sığortalar haqqında” Qanunda icbarı sığortanın digər bir növü – sərnişinlərin icbari fərdi qəza sığortası öz əksini tapıb. Qanunda açıq-aydın yazılır ki, bu sığorta növü sərnişin daşımaları xidmətini həyata keçirən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyatına və sağlamlığına zərər dəyməsinə görə sığorta təminatının verilməsi məqsədi ilə tətbiq edilir”
İnsanların çoxları isə İcbari Fərdi qəza siğortası haqqında məlumatlı deyillər. Məsələn vətəndaş avtomobilini icbari qaydada siğorta etdirmək istəyirsə siğorta müqaviləsi bağlanmalıdır. Yalnız İcbari Siğorta Bürosunun iştirakçıları olan 8 siğorta şirkəti vətəndaşlarla bu siğorta müqaviləsini bağlamaq səlahiyyətinə malikdir.Həmin siğorta şirkətləri aşağıdakılardır:
1-Atəşgah Siğorta şirkəti, 2-Standard İnsurance, 3-AtaSiğorta, 4-Xalq Siğorta, 5-Paşa Siğorta, 6-AXA MBASK siğorta şirkəti, AZSiğorta, 8-AlfaSiğorta
Amma real mənzərə odur ki, insanların əksər siğorta növlərinə olduğu kimi icbari fərdi qəza siğortasına da marağı azdır.
Məsələyə aydınlıq gətirən Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov bildirir ki, “Siğorta sistemində problemlərin həlli üçün siğorta şirkətləri üzərində nəzarəti gücləndirmək lazımdır. Bunun üçün sığortalananların hüquqlarını qoruyan yeni təkliflər də hazırlanıb, hökümətə təqdim olunub.
Sığorta şirkətlərində isə hesab edirlər ki, sərnişinlərin bu könüllü sığortaya da maraq göstərməməsi onların həm sığortanın növləri haqqında, həm də sığorta şirkətləri haqqında məlumatının az olması ilə bağlıdır. İqtisadçı ekspert Azər Mehtiyev bu problemin yaranmasında digər səbəb göstərir: “Burada ən birinci amil cəmiyyətin, əhalinin alıcılıq qabiliyyətidir. Yəni, onların özlərinin gəlirlilik səviyyəsidir. Bu gün əhalinin öz mövcud gəlirləri ilə öz yaşayışını təmin etməyə və öz gələcəyini sığorta etməyə imkanı varmı? Əgər cəmiyyətdə olan insanların böyük əksəriyyəti adi gündəlik dolanışığı üçün kifayət qədər vəsait əldə edə bilmirlərsə, təbii ki, onlara əlavə olaraq könüllü sığorta tətbiq edilməsi problem yaradır”.
Sığorta üzrə ekspert Xəyal Məmmədxanlı isə bildirir ki, sığorta barədə maarifləndirmə işləri artırılmalı, bu işdə sığorta şirkətlərinin özləri də maraqlı olmalıdırlar.