Paulin İvonn Parker – azyaşlı qız rəfiqəsi Juliet Hulme (hazırda məşhur yazıçı Anne Perry) ilə birgə öz anasını qətlə yetirmişdi.
Qızlar Hulme-ın ailəsi İngiltərədən Christchurch-a köçməyə başladığı zaman dostluq etməyə başlayır. Hər iki qız ağır xəstəlikdən – Parker uşaq vaxtlarından osteomiletdən, Hulme isə vərəmdən əziyyət çəkirdi. Onlar öz dostluqları müddətində öz maraqları və ideyaları çərçivəsində şəxsi dinlərini yaratmışdılar. Onlar xristianlığı inkar edir və “Dördüncü kainat” adlandırdıqları “müqəddəsə” sitayiş edirdilər. Parkerin sözlərinə görə onlar bu dini öz dostluqları sayəsində yaratmışdılar.
Qızların Hollywood-a qaçmaq kimi ortaq planları var idi. Hulme-un valideynləri boşanmaq qərarına gəlmişdilər. Hər iki qız belə fikirdə idilər ki, onların valideynləri əlbirdirlər və onları 
Paulin Parker və Juliet Hulme Christchurch şəhər məhkəməsi tərəfindən mühakimə edilir. Qızlar qətli törətməkdə təqsirkar elan edilirlər. Lakin Yeni Zellandiya qanunlarına əsasən, qızlar edam cəzası üçün kifayət qədər azyaşlı idilər. Bu səbədən də onlar 5 illik həbs cəzasına layiq görülürlər.







