2 C
Baku
Saturday, December 14, 2024

Bələdiyyə qərarlarının bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilmə müddəti dəyişir

Bələdiyyə qərarlarının bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilmə müddəti dəyişir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bələdiyyələr qərar qəbul etdiyi andan 5 gündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərəcəklər. İndiyə qədər bu müddət 15 gün olub.

Analoji məzmunda dəyişiklik “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna da təklif edilir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər