6 C
Baku
Sunday, December 15, 2024

Bələdiyyə sədrinin köhnə tarixə torpaq sənədləşməsi etdiyi müəyyən edilib – Prokurorluq

Tatlı bələdiyyəsinin sədri Qənbər İsmayılov xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən istifadə edərək 2017-ci ildə ayrı-ayrı şəxslərə ümumilikdə 5 min manat məbləğində pul müqabilində hər biri 0,12 ha olmaqla torpaq sahəsi sataraq onları 2006-cı il tarixinə sənədləşdirib rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı etmişdir.

Banker.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Qənbər İsmayılov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə istintaq davam edir.

Son xəbərlər
Digər xəbərlər