Bələdiyyə seçkilərinin yekunları 2025-ci il fevralın 23-dək elan ediləcək.
Bu, “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nında öz əksini tapıb.
Təqvim planına əsasən, dairə seçki komissiyaları tərəfindən səsvermənin yekunlarına dair protokolların MSK-ya təqdim edilməsi səsvermə günündən sonra ən geci 2 gün müddətində başa çatdırılmalıdır.
Seçkilərin yekunlarının yoxlanılması və təsdiqi səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində – fevralın 18-dək başa çatdırılacaq.
Plana görə, seçkilərin yekunlarının elan edilməsi isə seçki günündən başlayaraq ən geci 25 gün müddətində – yəni fevralın 23-dək başa çatdırılacaq.