11 C
Baku
Tuesday, November 26, 2024

Bərəkətli Əmanət

Yapı Kredi Bank Azərbaycan yeni əmanət kampaniyasına start vermişdir. Kampaniyanın adını BƏRƏKƏTLİ ƏMANƏT adlandıran bank, manatla banka əmanət yatıranlara illik 13% təklif edir. Əlavə olaraq, bank əmanətdən gəlir vergisini ödəməyi öz öhdəsinə götürür.  Beləliklə, müştərilərin banka yatırdığı əmanət yüksək faizlə və vergi ödənişindən dolayı olan qazancla daha “bərəkətli” olur.

Minimum 5,000 AZN – Maximum 20,000 AZN məbləğində, Minimum 9 ay Maximum 12 ay (1 il) müddətinə, kampaniya şərtlərinə uyğun yerləşdirilən əmanətlərin Əmanət Vergisi Yapı Kredi Bank tərəfindən ödəniləcəkdir. Kampaniyadan yararlanmaq istəyən müştərilər Yapı Kredi Bankda son 3 ay ərzində heç bir müddətli əmanət yerləşdirməmiş olmalıdır və ya yeni əmanət müştərisi olmalıdır. Əmanət faizi əmanət müddətinin sonunda ödəniləcəkdir. Hər bir müştəri kampaniyadan bir dəfə yararlana bilər. Vaxtından əvvəl ləğv edilən əmanətlərə illik 0.25% ödəniləcəkdir və həmin əmanətlərin Əmanət Vergisi üzrə Yapı Kredi Bank her hansı bir öhdəlik daşımır.

Yapı Kredi Bank Azərbaycan bankçılığın hər sahəsində fiziki və hüquqi şəxslər üçün müxtəlif məhsul və xidmətlər təklif edir. Bank yarandığı gündən “xidmətdə sərhəd yoxdur” prinsipinə sadiq qalaraq, müxtəlif çeşidli kredit və depozit məhsulları, eyni zamanda kredit və debet kartları, pul köçürmə, sığorta, internet bankçılıq, mobil bankçılıq və 24/7 fasiləsiz çalışan *0444 Telefon Mərkəzi kimi innovativ həllərini müştərilərin istifadəsinə təqdim edir.

Bankın məhsul və xidmətləri ilə bağlı məlumatı daim yenilənən www.yapikredi.com.az və

https://www.facebook.com/YapiKrediAZ səhifələrindən, eyni zamanda 7 gün 24 saat *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər