10 C
Baku
Friday, December 13, 2024

Bərdə dəmir yolu stansiyası yenidən tikiləcək

axın günlərdə Bərdə dəmir yolu stansiyasının yenidən tikintisinə başlanılacaq.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Tikintiyə Nəzarət İdarəsinin laboratoriya müdiri Azər Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda Bərdə stansiyası binasının tikintisi layihələndirilir: “Bərdə stansiyası Bərdə-Ağdam dəmir yolu xətti layihəsinə daxil olan 4 stansiyalarından biridir. Bərdə stansiyası bu stansiyalar arasında ərazisinə görə ən böyükdür, ona görə də ikitərəfli platformaya malik olacaq”.

A. Məmmədov qeyd edib ki, Bərdə stansiyasının binası sovet dövründə tikilib: “Ona görə də yenidən tikintisi ilə bağlı qərar verilib”.

Xatırladaq ki, Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 km-dir. Layihə çərçivəsində Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarının, 3 ədəd körpü, 1 ədəd yolötürücü, 23 ədəd avtomobil yolu ilə eyni səviyyədə kəsişmənin, 47,1 km-lik rabitə və işarəvermə sisteminin və 127-yə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Dəmir yolu xəttində tikinti işlərinin 44 %-i yerinə yetirilib. Layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər