12 C
Baku
Saturday, November 23, 2024

Bərdə filialı üzrə aqro və mikro kredit mütəxəssisi — Bank Respublika ASC

“Bank Respublika” ASC “Bərdə filialı üzrə aqro və mikro kredit mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

–  Bankın aqro və mikro kredit məhsulları üzrə müştəriləri cəlb etmək;

–  Aqro və mikro kredit məhsulları üzrə biznes təhlilini aparmaq;

–  Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.

 

Namizədə qarşı tələblər:

–  Ali təhsil;

–  Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla ünsiyyət qurmaq;

–  Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;

–  Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;

–  Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;

–  Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

Sizə nə təklif edirik?

–  Əlverişli iş mühitində çalışmaq imkanı;

–  Karyera və inkişaf perspektivləri;

–  Rəqabətli əmək haqqı və bonus qazanma imkanları.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini, email-in mövzu hissəsində “Bərdə filialı üzrə aqro və mikro kredit mütəxəssisi” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

–  Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;

–  Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər