23 C
Baku
Tuesday, July 1, 2025

Bərdədə “Maqnoliya” restoranında mənşəyi məlum olmayan süd məhsulları aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, Q.B.Zakir küçəsində fəaliyyət göstərən Hüseynzadə Fərid İlham oğluna məxsus “Maqnoliya” restoranında yoxlama keçirib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, baxış zamanı restoranda mənşəyi məlum olmayan pendir, müşayiətedici sənədləri olmayan süd məhsulları aşkarlanıb. Eyni zamanda sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Son xəbərlər
Digər xəbərlər