Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə Bərdə rayonu, Mustafaağalı kəndində fəaliyyət göstərən, sahibkar Bayramov Məcid Məhəmməd oğluna məxsus “Ay ulduz” şadlıq evində monitorinq keçirib.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Belə ki, işçi heyətin fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, masaların üzərində dezinfeksiyaedici məhlulların yerləşdirilmədiyi, koronavirus (COVID-19) pandemiyası dövrünün tələblərinə əsasən, masalararası və masa ətrafı məsafənin gözlənilmədiyi müəyyən edilib. Sahibkara bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, aşkar edilmiş təkrarlanan qanun pozuntusuna görə inzibati protokol tərtib edilib.