Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Qarabağ-ER” MMC ilə 4 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Bərdə şəhəri hüdudlarında Tərtər çayında sahilbərkitmə işləri nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 4.099.895 manatdır.