11 C
Baku
Friday, November 15, 2024

Bərdəyə atılan raket zərbələrinin təsirindən 20-dən artıq fərdi yaşayış evinə ziyan dəyib

Ermənistan Silahlı Qüvvələrinin 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdəyə atılan raket zərbələrinin təsirindən müxtəlif mülki obyektlərə ziyan dəyib.

Bu barədə “Banker.az”a  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəymişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər