10 C
Baku
Thursday, December 12, 2024

Bəşər Əsəd ABŞ-ın Suriyadakı neft yataqlarını taladığını deyir

“ABŞ Suriyadakı neft yataqlarını talamaqla məşğuldur, bu Amerika siyasətində görünməmiş nümunədir”.

RİA Novosti agentliyinin məlumatına görə, bunu Suriya prezidenti Bəşər Əsəd deyib.

Qeyd edək ki, Suriyda neft istehsalının 90 faizə yaxın hissəsi Fərat çayının şərq sahilində cəmləşib. Bu ərazi əvvəllər İŞİD-in dayaq nöqtəsi və əsas gəlir mənbəyi olub. Buraya hazırda ABŞ müttəfiqi, “Suriya demokratik qüvvələri” (SDF) adlandırılan kürd silahlı dəstəsinin nəzarəti altındadır. Daha əvvəl Pentaqon nümayəndəsi Ret Hoffman bildirmişdi ki, Suriya neftindən gələn qazanc amerikalılara deyil, kürdlərə gedir.

 
“Biz, əlbəttə buna hiddətlənirik, bütün Suriya xalqı hiddətlənir. Bu, əsl talandır, burda nə beynəlxalq qaydalardan, nə də beynəlxalqdan hüquqdan söhbət gedə bilər. Özü də bu, yeni hadisə deyil və təkcə hərbi dövrü əhatə etmir”, – Əsəd bildirib.

Əsəd vurğulayıb ki, amerikalılar hər zaman bu və ya digər yollarla onların təkcə neftini deyil, pulunu və ümumiyyətlə maliyyə resurslarını, həm də siyasi və digər hüquqlarını əllərindən almaqla başqa ölkələri talana məruz qoymağa çalışıblar: “Ən azı İkinci Dünya müharibəsi bitəndən üzü bəri onların tarixdəki rolu bundan ibarətdir. Buna görə də burda yeni heç nə yoxdur və onların bu əməlləri nə qəribə görünür, nə də əvvəlki siyasətlərindən fərqlənir. Sadəcə olaraq, ABŞ-ın metodları zaman-zaman yeni forma alır”. 

Qeyd edək ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, Vaşinqton hər ay Suriyadakı neft hasilatından 30 milyon dollar qazanc əldə edir.

Son xəbərlər
Digər xəbərlər