16 C
Baku
Wednesday, May 15, 2024

Bəşər tarixinin ən nəhəng imperiyaları

İmperiya sözü latın “imperare” sözündən əmələ gəlib və tərcümədə “əmr etmək” deməkdir və dövlət və yaxud etnik qrupun vahid rəhbərin, yaxud oliqarx qrupunun idarəsi altında birləşməsidir. 

Hər bir imperiya öz mövcudluğu zamanında sarsılmaz görünsə də, sonda digər mövcud olmuş imperiyalar kimi tarixə qovuşmuşlar.

1. Portuqaliya imperiyası 1815-ci ildə öz çiçəklənməsi dövründə 6,4 milyon kvadrat kilometr əraziyə sahib idi.

2. Abbasilər Xilafəti 850-ci ildə 6,9 milyon kvadrat kilometrlik bir ərazini əhatə edirdi.

3. Fransanın müstəmləkə imperiyası 1938-ci ildə 8 milyon kvadrat kilometrə sahib idi.

4. Çinin ilk hakimiyyətdə olan sülaləsi olan Yuan sülaləsi 1310-cu ildə öz çiçəklənməsi dövründə 8,7 milyon kvadrat kilometr əraziyə sahiblik edirdi.

5. Çinin son sülaləsi olan Çin sülaləsi 1790-cı ildə 9,14 milyon kvadrat kilometr uzunluğunda olan əraziyə nəzarət edirdi.

6. Əməvilər xilafəti 7-ci əsrdə öz çiçəklənmə dövründə 9,32 milyon kvadrat kilometrə sahib idi.

7. İspan imperiyası isə 18-ci əsrdə çiçəklənməsinin ən pik nöqtəsində dünyanın quru təbəqəsinin 13 faizinə, yəni 12,1 milyon kvadrat kilometrə sahib idi.

8. Rusiya imperiyası isə 1866-cı ildə 14,16 milyon kvadrat kilometrlik ərazini əhatə edirdi.

9. Monqol imperiyası 1279-cu ildə Şərqi Avropadan Yapon dənizinə qədər uzanırdı və təqribən 15 milyon kvadrat kilometr əraziyə sahib idi.

10. Britaniya imperiyası 1922-ci ildə öz çiçəklənmə dövründə bir neçə qitə üzrə 21 milyon kvadrat kilometrdən çox əraziyə sahib idi. Bu da Yer kürəsinin quru sahəsinin 23%-i demək idi. Elə bu zaman “Britaniya imperiyası üzərində günəş heç vaxt batmayacaq” deyimi yaranmışdı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər