PABLO ESKOBAR
Sərvəti: 30 milyard dollar
Amerika kinolarının bir çoxunda Cənubi Amerikada narkotik karterləri olan cinayətkarlar haqqında bəhs edilir. O cinayətkarların obrazı məşhur narkobaron Pablo Eskobardan götürülmüşdür.
Nəhəng kokain kartelin sahibi hələ öz çiçəklənən dövründə dünyanın ən varlı insanlarının siyahısında yeddinci yeri tuturdu. Əlbəttə, hər şeyin bir sonu var.
ABŞ-ın kəşfiyyat xidməti Eskobarın izini tapa bilirlər. Və onu həbs etdikləri zaman əfsanəvi cinayətkarı güllələyərək deşik-deşik etmişdilər.
DENİS KAZLOVSKİ
Sərvəti: 600 milyon dollar
Denis Kazlovski Bermud adalarında Tyco Industrial şirkətini qeydiyyatdan keçirdir. Bu şirkət bir neçə ildən sonra uğurlu müqavilələrin sayına görə çempion olur. Bu holdinqin tərkibinə minə yaxın şirkət daxil olmuşdu. Lakin pulların hamısı biznesin inkişafına sərf olunmurdu. Kazlovski və onun köməkçisi Mark Şvars Tyco şirkətinin pullarını öz şəxsi mülkiyyətləri kimi istifadə etmək qərarına gəlirlər.
Denis 19 milyon dollara ev, həmçinin Nyu-Yorkda 18 milyon dollara mənzil əldə edir. İstintaq zamanı Denisin aşkar olunmuş ən qalmaqallı mülkiyyəti isə 6 min dollar dəyərində duş pərdəsi və 3 min dollara olan paltarlar üçün asılqan olmuşdu.
Şirkətə vurulmuş zərər 1, 6 milyard dollar dəyərində idi. Denis Kazlovskiyə və Şvarsa 25 il həbs cəzası verilib.
AL KAPONE
Sərvəti: 100 milyon dollar
ABŞ-ın təşkilati cinəyatkarlığının ən məşhur təmsilcisi Al Kapone hesab edilir. O Çikaqo ərazisində mebel biznesi adı altında qumarla, insan alveri, butgerliklə məşğul olurdu. Kapone Metropol hotelində gündəlik qiyməti 1500 dollar olan beş otaqlı dəbdəbəli nömrə tuturdu.
Karyerasının zirvəsində Kapone cinayətkar imperiyasının sayəsində həftədə 100 min dollar qazanırdı. Mafiozi yalnız vergilərə pul ödəmək istəmirdi və bu səbəbdən həbs edilmişdi.
Daha sonra Kapone azadlığa qovuşur. 1947-ci ildə Al Kapone Floridada yerləşən öz şəxsi evində sifilis xəstəliyin səbəb olduğu ürək tutmasından vəfat edir.
Amado Karrilyo Fuentes
Sərvət: 25 milyard dollar
Amado Karrilyo Fuentes narkotik ticarəti ilə məşğul olan məşhur cinayətkardır. O Xuaresə narko kartellərin banisidir. ABŞ-da narkotikləri təyyarələrlə nəql etdiyi üçün «Göylərin hökmdarı» ləqəbini qazanmışdı.
Polis Fuentesi həbs edə bilmir. Lakin cinayətkar xarici görünüşünü dəyişmək üçün əməliyyat etdirdiyi zaman ağrıkəsicilərin ölümcül qarışığından əməliyyat masasında vəfat etmişdi.
Leonu Helmsli
Sərvət: 2 milyard dollar
Leonu Helmsliyə xəsisliyin Kraliçası ləqəbi verilib. Hətta onun haqqında eyniadlı film də çəkilib. ABŞ-da yerləşən nəhəng mehmanxana imperiyasının sahibi öz qalmaqallı çıxışları ilə məşhurdu. Çıxışların birində o, belə bir ifadə işlətmişdi: «Vergiləri kiçik insanlar ödəyirlər». Leonu şəxsi xərclərini vergi tutulmayan iş xərclərinin olduğu maddəyə əlavə edirdi. Bu səbəbdən o, həbs edilmişdi.
Müxtəlif mənbələrdən aldığımız məlumatlara görə, Leonu vəsiyyətnaməsində itinə 12 milyon dollar vəsiyyət edib.
Bernard Medoff
Sərvəti: 820 milyon dollar
Tarix boyu ən nəhəng maliyyə ehramının sahibi. 1960-cı illərdə əsası qoyulmuş Madoff Investment Securities şirkəti yatırımcıların hədsiz etibarını qazanmışdı.
2008-ci ildəki böhran zamanı bir neçə milyon fiziki şəxs və nəhəng maliyyə təşkilatları zərər görmüşdülər. Medoff isə 150 il həbs cəzasına məhkum olunur.