Alman alimləri bu yaxınlarda maraqlı bir məlumat nəşr etmişlər: almanlar son 50 ildə orta hədlə 400% daha yaxşı yaşamağa başlamışlar. Depressiyadan əziyyət çəkən insanların sayı isə 38% artmışdır.
Henri Ford avtomobil sənayesindəki islahatlar sayəsində dünyanın ən varlı insanlarından birinə çevrilmişdi. Onun uğurları bir çox bacarıqlı sahibkarları Cadillac, Chevrolet, Buick, Dodge kimi nəhəng brendlərin yaradılmasına ilhamlandırmışdır.
Yeni maşınlar bütün Amerikanı bürümüşdü. Bir müddətdən sonra avtomobil satışlarının qəfil olaraq enməsi müşahidə edilməyə başlanıldı. Bazar da məhsul qıtlığı yarandı. Doğrudur, əgər köhnə maşının yaxşı işləyirsə yenisini almağın nə mənasını var?! Nəyə görə pul xərcləyəsiniz? Tələbatla bağlı ciddi problemlə üzləşən marketoloqlar yeni hiyləgər həll yolu tapdılar. Belə ki, onlar köhnə avtomobil sahiblərində natamamlıq hissi yaratdılar. Avtomobil istehsalçıları hər il yeni-yeni modellər yaratmağa başladılar. Onların uğuru digər sahə istehsalçılarını da ilhamlandırdı. Bunlar geyim, kosmetika, ayaqqabı və s. idi.
Tez-tez bu halla qarşılaşmaq mümkündür: axmaq, ən son dəb ilə geyinmiş uşaqlar bu imkana sahib olmayan uşağa kinayə ilə baxırlar.
Diqqət yeitin, geyim istehsalçıalrı ildə 2 dəfə yeni kolleksiya yaradırlar. Ekspertlər, dizaynerlər sonsuz olaraq “bu mövsüm yaşıl rəng dəbdədir” deyə təkrar edirlər. Bu nəyə görə edilir? Bu hiyləgər üsul istehlakın artırılması üçündür.
Eyni formada olan paltarın qırmızı rəngdə olanını keçən il alanlar bu mövsüm özlərini narahat hiss edəcəklər. Şirkətlər bu istəklərinə nail olmaq üçün il ərzində reklama 500 milyard dollar vəsait sərf edir. Bu məbləğ bəşəriyyəti bədbəxt etmək üçün kifayətdir!
Yer kürəsində aclıq problemini həll etmək üçün ildə cəmi 50 milyard dollar xərcləmək kifayətdir. Əsas ideya ondan ibarət deyil ki, biz yaxşı formada olan əşyalarımızı artıq dəbdə olmadığı üçün atmalıyıq.
Bəşəriyyətin bəlası – əsaasız gözləntilərdir. Yeni maşın alan şəxsin sevinci çox qısa müddət davam edir. Əgər növbəti gün onun dostlarından biri daha yaxşı maşın alsa onun xoşbəxtliyi yalnız 1 günlə kifayətlənəcək. Bizlərdən bir çoxumuz yeni dəbli əşyaları əldə etməyə cəhd etməklə özümüz də fərqində olmadan bədbəxt olmağa başlayırıq. Dəb arxasınca bu sonsuz qaçaqaç həyatımızı tamamilə mənasız bir cəhənnəmə çevirir.