Öz xidmət və məhsullarında daim müştərilərinin tələbatını, istəklərini əsas tutan Unibank, ALBALI PLUS sahibləri üçün kartdan istifadə imkanlarını daha da rahat etdi. Artıq kart sahibləri “ALBALI PLUS” mobil əlavəsini öz smartfonlarına yükləyərək, kartları ilə bağlı istənilən məlumatdan cəmi bir neçə dəqiqə ərzində xəbərdar olacaqlar.
Bir çox əməliyyatları banka gəlmədən həyata keçirmək, kartın borcunu görmək və ödəmək, taksit borcunu hissələrə bölmək, karta mədaxil olunan məbləğləri, kartla edilən əməliyyatları görmək, ALBALI PLUS kartı ilə keçirilən aksiya və kampaniyalar haqqında məlumat almaq, partnyorların siyahısı- bu imkanlar artıq ALBALI PLUS kartının yeni əlavəsində birləşib.Həmçinin, bank filiallarını, hətta yaxınlığınızda olan ATM ünvanlarını da mobil əlavədə görə bilərsiniz.
Mobil əlavədən ALBALI PLUS kart sahibləri daha hansı məlumatları ala biləcəklər? Mobil əlavə həyatınızı hansı yenilikləri gətirəcək? Bu haqda təqdim edilən video materialdan (https://www.youtube.com/watch?v=4fM_-DMcctE&feature=youtu.be ) öyrənə biləcəksiniz.
Əlavənin yüklənməsi isə çox asandır. Play Market və App Store-a daxil olub yeni əlavəni mobil telefonunuza pulsuz yükləyə bilərsiniz. Yükləmək üçün aşağıdakı linklərdən istifadə etmək olar:
Android – https://play.google.com/store/apps/details…
iOS – https://itunes.apple.com/az/app/albal-plus/id972168616…
ALBALI PLUS mobil əlavəsini istifadə edin, həm vaxtınıza qənaət edin, həm də arzunuzu reallaşdırın!
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.
ALBALI PLUS – arzuları reallaşdıran kart.
Unibank – hər kəsin bankı.