BP‑nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Böyük Britaniya Kralı Əlahəzrət III Çarlz tərəfindən Birləşmiş Krallığın Britaniya İmperiyası Ən Əla Ordeninin fəxri Zabiti (OBE) adına layiq görülüb.
Banker.az xəbər verir ki, OBE fəxri titulu Bəxtiyar Aslanbəyliyə Əlahəzrət Kral III Çarlz tərəfindən Böyük Britaniya–Azərbaycan münasibətlərinə verdiyi əhəmiyyətli töhfələrə görə təltif edilib. O, bu nüfuzlu Britaniya dövlət fəxri tituluna layiq görülmüş ilk Azərbaycan vətəndaşıdır.







