“Yeni əlillik meyarları bəzi əlillərə ödənilən vəsaitin artmasına səbəb olacaq”.
Banker.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev “Sosial saat”da deyib.
O bildirib ki, məsələn, birinci qrup əlillərə qulluq edən şəxslərə ödənilən 80 manat da daxil olmaqla ümumilikdə 430 manat verilirdi:
“Lakin eyni kateqoriyada olan uşaqlara ödənilən vəsait daha az – 280 manat idi. Yeni meyarların üstünlüyü ondan ibarətdir ki, həmin uşaqlar da 280 manat yox, 430 manat alacaqlar. Belə ki, bir sıra meyarlarda artımlar ediləcək”.