Bəzi Avropa ölkələri Müdafiə Nazirliyinə İranın pilotsuz uçuş aparatlarının (PUA) alınması ilə bağlı sorğu göndərib.
Bu barədə respublikanın hərbi idarəsinin rəsmi nümayəndəsi Reza Telainik məlumat verib.
Telainik qeyd edib ki, bu dövlətlər hələlik anonim qalmaq istəyirlər. Eyni zamanda o, Qərb ölkələri də daxil olmaqla İran pilotsuz təyyarələrini əldə etmək istəyənlərin sayının daha çox olduğunu vurğulayıb.
Müdafiə Nazirliyinin sözçüsü əlavə edib ki, Tehran daxili ehtiyaclarını ödədikdən sonra hərbi pilotsuz təyyarələr ixrac etməyə hazırdır. Onun sözlərinə görə, İran tədarük etdiyi pilotsuz təyyarələrin qeyri-münasib istifadə üçün nəzərdə tutulmayacağına zəmanət verir.