8 C
Baku
Friday, March 29, 2024

“Bəzi banklar problemli kreditlərlə bağlı düzgün məlumat vermir”

Hesablama Palatasının apardığı nəzarət tədbirləri nəticəsində bəzi bankların Mərkəzləşdirilmiş Kredit Reyestrinə ötürdüyü məlumatların vaxtında işlənilməməsi və qeyri-dəqiq verilməsi, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) həmin təşkilatlar tərəfindən verilən problemli kreditlərlə bağlı məlumatlarda uyğunsuzluq və subyektivlik halları müəyyənləşdirib.

B barədə Hesablama Palatası bildirir.

“Problemli kreditlərlə bağlı verilən məlumatlarla prudensial hesabatlar arasında çoxsaylı uyğunsuzluqlar olmuş, xarakterik təhriflərə və boşluqlara yol verilib ki, bu da kredit təşkilatlarında uçot və hesabat sahəsində ciddi problemlərin mövcud olduğunu, xüsusilə balansdan silinərək balansdankənar hesabda qeydə alınan kredit borclarının uçotdan yayındırıldığını göstərir. Hər iki devalvasiyaya görə 30 bank, 15 ləğv prosesində olan bank və 47 bank olmayan kredit təşkilatı (BOKT) üzrə ümumilikdə 1 003 067 kredit müqaviləsini MBNP araşdırıb və kompensasiya hesablanılaraq ödəniş həyata keçirilir.

Büdcə vəsaitinə olan tələbatın 49,3%-i ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənişi üçün kredit təşkilatlarına yönəldilən hissədən, 50,7%-i fiziki şəxslərin sərəncamına yönəldilən, yəni müştərilərə çatacaq hissədən ibarət olub”, – deyə qurum bəyan edib.

Son xəbərlər
Digər xəbərlər