Bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır – YENİLƏNİB

Saat: 17:21

Prosessinq mərkəzi “Azericard” isə bildirir ki, bəzi bankların kart əməliyyatlarında texniki problem bizdən qaynaqlanmır. Təkrarlanmış əməliyyatlar ləğv edilərək hesablar tədricən bərpa olunmaqdadır. Məsələ yaxın zamanlarda tam həllini tapacaq


Saat: 17:03

Azərbaycanın bir sıra banklarının kart əməliyyatlarında yaranan texniki problem yaranıb.

Banker.az xəbər verir ki, problem əsasən ölkənin aparıcı prosessinq mərkəzinin sistemində baş verən nasazlıqla əlaqələndirilir.

Məhz bu səbəbdən bəzi kart əməliyyatlarında əlavə vəsait silinməsi və xidmətlərə çıxışda məhdudiyyətlər müşahidə olunub.


 

Azərikard məsələ ilə bağlı rəsmi açıqlama verib. 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər